5 000 manatdan 50 000 min manatadək kiçik həcmli kreditlər üçün – 3 (üç) ilədək;
Kreditlərdən istifadə üzrə güzəşt müddəti 12 ay təşkil edir. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər.
Kredit faizi və komission haqqı
İllik faiz dərəcəsi - 5 %
Kreditin qiymətləndirilməsi və göstərilən digər xidmətlərə görə BOKT-un müəyyən etdiyi həddə komission haqqı.
Kreditin və faizin ödənişi
Kreditə hesablanmış faizin ödənişi ayda bir dəfədən az olmamaqla;
Əsas borcun ödənişi əsas borca tətbiq olunmuş güzəşt dörvü başa çatdıqdan sonra kredit müqaviləsində nəzərdə tutulmuş müddətdən başlayaraq ödənilir.
Tələb olunan sənədlər
Şəxsiyyət vəsiqəsi
VÖEN
Kreditin təminatı kimi likvid girov əmlakı və ya zəmanət