Kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin və proqramların fond vəsaitləri hesabına maliyyələşməsi
Sifariş et
Güzəşt müddəti - 24 ayadək
Məbləğ - 1 milyon manatadək
Faiz dərəcəsi - 7% / 12%
Güzəştli kreditlər
Kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin və proqramların Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına maliyyələşdirilməsi istiqamətləri:
Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi
Regionların aqrar inkişafı ilə bağlı innovativ layihələrin maliyyələşdirilməsi
Kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin, həmçinin onların güzəştli satışının və lizinqinin maliyyələşdirilməsi
Heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyyələşdirilməsi
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin pilot layihələrinin maliyyələşdirilməsi
1 000 000 manatədək - kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər
Kredit vəsaitlərinin istifadə müddəti
Mikrokreditlər - 3 ilədək
Kiçik və ortahəcmli kreditlər - 3 ilədək
Böyükhəcmli kreditlər - 5 ilədək
Kredit müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il
Digər kənd təsərrüfatı istehsal vasitələri üçün - 5 il
Kredit vəsaitlərinin güzəşt müddəti
Mikrokreditlər - 12 ayadək
Kiçik və ortahəcmli kreditlər – 18 ayadək
Böyükhəcmli kreditlər – 24 ayadək
Alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün kreditlərə güzəşt müddəti şamil edilmir
Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəyir, əsas borc üzrə hər hansı ödəniş həyata keçirmir
Sahibkarlıq subyektləri alınmış kreditlər üzrə faiz borclarını və əsas borcu güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq, kredit müqaviləsinə uyğun olaraq, hər ayın ilk iş günü bərabər hissələrlə ödəyirlər
Verilən kredit vəsaitlərinə tətbiq edilən faiz dərəcələri
Mikro kreditlər - 12%
Kiçik və orta kreditlər - 7%
Tələb olunan sənədlər
Şəxsiyyət vəsiqəsi
VÖEN
Kreditin təminatı kimi likvid girov əmlakı və ya zəmanət