“Finoko” BOKT ASC-nin səhmləri listinqə alınmışdır.
26 iyul 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Finoko” BOKT ASC-nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir. 2 avqust 2023-cü ildə “Finoko” BOKT ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Qiymətli kağızların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001019467 Səhmlərin növü və forması: Adi, adlı sənədsiz səhm Səhmlərin sayı: 50.000 (ədəd) Nominal dəyəri: 10 manat Yerləşdirmə forması: Abunə yazılışı üsulu Yerləşdirmə tarixi: 02.08.2023 Anderrayter: “AzFinance İnvestisiya Şirkəti” QSC