Xəbərlər

"Finoko” BOKT ASC-nin 50 000 ədəd səhmi Bakı Fond Birjasında yerləşdiriləcək.

Finoko
Bank Olmayan kredit Təşkilatı “Finoko” Açıq Səhmdar Cəmiyyətinin hər birinin nominal dəyəri 10 (on) manat olan 50 000 (əlli min) ədəd adi, adlı, sənədsiz yeni səhm emissiyasının anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

Səhmlərin yerləşdirilməsi, kütləvi təklif üsulu ilə, abunə yazılışı formasında "Bakı Fond Birjası"nda (BFB) həyata keçiriləcək. Abunə yazılışına 13.07.2023-cü il tarixində başlanılır 10 iş günü müddətində davam edəcək.

Abunə yazılışı başa çatdıqdan sonra 2 (iki) iş günü ərzində səhmlərin yerləşdirilməsinin başlanma tarixi elan edilir və abunə yazılmış şəxslərə bu barədə bildiriş göndərilir. Səhmlərin yerləşdirilməsinə Emitent tərəfindən elanda qeyd edilmiş tarixdə başlanılacaq və 3 iş günü ərzində başa çatdırılacaq.

Kütləvi təklif olunan səhmlərin yerləşdirilməsi aşağıdakı ardıcıllıqla həyata keçiriləcək:
  • İlk 2 iş günü ərzində üstünlük hüququna malik olan səhmdarlar arasında səhmlərin yerləşdirilməsi;
  • Digər investorlara səhmlərin yerləşdirilməsi.