Xəbərlər

"Finoko" BOKT ASC “Qadın və gənc sahibkarlara dəstək” müsabiqəsində 3-cü yer tutmuşdur.


Sahibkarlığın İnkişafı Fondu tərəfindən qadın və gənc sahibkarlara aid bizneslərin maliyyələşdirilməsinin təşviqi məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında keçirilən “Qadın və gənc sahibkarlara dəstək” müsabiqəsi başa çatmışdır.

Təqdim olunmuş layihələrin sayı eyni (hər biri 3 layihə) olduğu üçün qaliblərin statusunu müəyyənləşdirəcək meyar kimi layihəyə ayrılacaq vəsaitlərin toplam məbləği əsas götürülüb.

Müsabiqə komissiyasının qərarına əsasən,
I yerə 3 layihə ilə (37 000 manat) “Aqrarkredit” QSC BOKT-un nümayəndəsi Elşən Əsgərov;
II yerə 3 layihə ilə (34 000 manat) “Bank Respublika” ASC-nin nümayəndəsi Əbülfəz Rüstəmov;
III yerə 3 layihə ilə (15 000 manat) “Finoko” BOKT ASC-nin təmsilçisi Böyükağa Məmmədov layiq görülüb.

Qaliblər diplom və pul mükafatları ilə təltif edilib.