Müddətli kreditlər

«Finoko» - sizin dəyişiklik etmə şansınız!

Kiçik və orta bizsesin kreditləşdirilməsi üzrə informasiya dəstəyi. Biznesin aparılmasında çətinliyiniz yaranıbsa, «Finoko» ASC sizə köməkçi olacaq. Yüksək kvalifikasiyaya malik əməkdaşlar, sizin biznesinizi uyğun, ən optimal və qarşılıqlı faydaya malik olacaq, əməkdaşlıq variantlarını təklif edəcək. Bunun üçün sadəcə onlayn müraciət formasını doldurun və ya bizimlə əlaqə saxlayın!

Qarantiyalar

Bizim təminatlar – sizin şirkətinizin imicinə töhfədir!

«Finoko» ASC müştərilərimizin onların kontraqentləri qarşısında olan öhdəliklərinin yetirilməsini təmin etməklə, sizin biznesinizin rəqabət qabiliyyətini artırmaq, həmkarların gözündə böyümək, sərfəli müqavilələrin sayını genişləndirməkdə kömək edəcək.
Bunun üçün sadəcə onlayn müraciət formasını doldurun və ya bizimlə əlaqə saxlayın!

Kredit xəttləri

Sərbəst vəsaitin olmadığı barədə unudun!

Dövriyyə vəsaitin artırılması krediti. Biznesin daha da gəlirli olması üçün nə etmək lazım olduğunu hər bir sahibkar düşünür. Gəlirə birbaşa olaraq, dövriyyə vəsaiti təsir edir, bizim təklifdən istifadə edərək, onu artırmaq mümkündür. «Finoko» ASC sizə biznesiniz üçün dövriyyə vəsaiti və digər biznes ehtiyaclarınız üçün kredit xəttlərini təklif edir. Kredit almaq üçün, onlayn müraciət formasını doldurun və ya bizimlə əlaqə saxlayın!

SIF kreditləri

Yeni üfüqlər fəth edin!

Kredit şərtləri:

Kreditin məbləği: 5000-50000 Manat

Faiz dərəcəsi: 5 %

Müddət: 3 il

Əsas məqsəd:

Fondun vəsaitləri hesabına kredit xidməti göstərməklə sahibkarlığın inkişafına dəstək vermək.

Proqramın icrasını təmin edir: - Ekspress Tovuz, Ekspress Qazax, Ekspress Gəncə, Ekspress Göyçay, Ekspress Xaçmaz filialları.

Kreditləşmənin subyektləri – sahibkarlar.

Kreditin təyinatı(İqtisadiyyatın prioritet sahələri)

1. Kənd təsərrüfatı;

2. Yeyinti sənayesi

3. Yüngül sənaye.

Kreditin həddi və müddəti:

1. 5 000 manatdan 50 000 min manatadək kiçik həcmli kreditlər üçün – 3 (üç) ilədək;

2. Kreditlərdən istifadə üzrə güzəşt müddəti 12 ay təşkil edir. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər.

Kredit faizi və komission haqqı:

1. İllik faiz dərəcəsi - 5 %

2. Kreditin qiymətləndirilməsi və göstərilən digər xidmətlərə görə BOKT-un müəyyən etdiyi həddə komission haqqı.

Kreditin və faizin ödənişi

1. Kreditə hesablanmış faizin ödənişi ayda bir dəfədən az olmamaqla;

2. Əsas borcun ödənişi əsas borca tətbiq olunmuş güzəşt dörvü başa çatdıqdan sonra kredit müqaviləsində nəzərdə tutulmuş müddətdən başlayaraq ödənilir.

Tələb olunan sənədlər:

1. Kredit ərizəsi;

2. VÖEN

3. Şəxsiyyət vəsiqəsi

4. Kreditin təminatı kimi likvid girov əmlakı və ya zəmanət.

5. Torpaq sənədi və ya icarə müqaviləsi

AKIA kreditleri

Sizin pullarınız, sizə işləsin!

Güzəştli kredit

Kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin və proqramların Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına maliyyələşdirilməsi istiqamətləri

· Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi

· Regionların aqrar inkişafı ilə bağlı innovativ layihələrin maliyyələşdirilməsi

· Kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin, həmçinin onların güzəştli satışının və lizinqinin maliyyələşdirilməsi

· Heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyyələşdirilməsi

· Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin pilot layihələrinin maliyyələşdirilməsi

Kredit vəsaitlərinin verilmə həddi:

· 15 000 manatadək- mikrokreditlər

· 15 001 manatdan 30 000 manatadək – kiçikhəcmli kreditlər

· 30 001 manatdan 100 000 manatadək- ortahəcmli kreditlər

· 100 001 manatdan 200 000 manatadək – böyükhəcmli kreditlər

· 1 000 000 manatədək - kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər

Kredit vəsaitlərinin istifadə müddəti:

· Mikrokreditlər - 3 ilədək

· Kiçik və ortahəcmli kreditlər - 3 ilədək

· Böyükhəcmli kreditlər - 5 ilədək

· Kredit müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il, digər kənd təsərrüfatı istehsal vasitələri üçün 5 ildir

Kredit vəsaitlərinin güzəşt müddəti:

· Mikrokreditlər - 12 ayadək

· Kiçik və ortahəcmli kreditlər – 18 ayadək

· Böyükhəcmli kreditlər – 24 ayadək

· Alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün kreditlərə güzəşt müddəti şamil edilmir

· Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəyir, əsas borc üzrə hər hansı ödəniş həyata keçirmir

· Sahibkarlıq subyektləri alınmış kreditlər üzrə faiz borclarını və əsas borcu güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq, kredit müqaviləsinə uyğun olaraq, hər ayın ilk iş günü bərabər hissələrlə ödəyirlər

Verilən kredit vəsaitlərinə tətbiq edilən faiz dərəcələri:

· Mikro kreditlər üçün 12 faiz, kiçik və orta kreditlər üçün 7 faiz tətbiq edilir.

İstiqrazlar

«Finoko» ASC – sizin etibarlı tərəfdaşınız.

«Finoko» ASC-nin istiqrazları, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən № AZ_____________ şəhadətnaməsinə əsasən qeydiyyatdan keçirilmişdir. İstiqrazların satılmasına dair məlumat Bakı Fond Birjasının saytında yerləşdirilib. İstiqrazları əldə etmək üçün, bizə və yaxud PASHA Capital investisiya şirkətinə müraciət edin.

  • Bakı

    Cəfər Cabbarlı küç., 609, Globus Center 9 cu mərtəbə, AZ1065

  • Sumqayıt

    Cəfər Cabbarlı küç., 609, Globus Center 9 cu mərtəbə, AZ1065

Onlayn Müraciət

Suallarınıza ətraflı cavab almaq üçün info@finoko.com müraciət edin