• FİNOKO” BOKT ASC və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (İCD) arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

     

    Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası İslam İnkişaf Bankının özəl sektor üzrə ixtisaslaşdığı və kiçik və orta biznesə dəstək verən bir təşkilatdır.

     

    İCD-nin baş direktoru Xəlid Əl Əbudi qeyd etdi ki: “İCD daim maliyyə əhatəsi və inkişafa əyani təsir məsələlərində maraqlı olub. Sözügedən proqram həssas qruplara lazımi xidmətləri göstərəcək və sahibkar sinfini təmsil edən həssas müştərilərə istiqamətlənəcək. Tərəfdaşımızın yardımılə İCD islam mikromaliyyələşməsinin ilhamçısı olacaq”.

     

    FİNOKO-nun baş direktoru Turan İsmaylov qeyd etdi ki: “İslam Mikromaliyyələşmə Pəncərəsinin yaradılması sahəsində İCD-dən konsultasiya alan ilk mikromaliyyələşmə təşkilatı olduğumuz üçün çox sevinirik. FİNOKO-ya öz məqsəd müştərilərinə çatmağa və təşkilatın imkan və resurslarının möhkəmləndirilməsi məqsədilə yardım əldə etmək üçün gələcəkdə İCD ilə daha çox müştərək layihələrin gerçəkləşəcəyinə ümid edirik”.

     

    Qeyd etmək lazımdır ki, Azərbaycan İCD-nin islam mikromaliyyələşməsini inkişaf etdirəcəyi ilk ölkə oldu. Bu əməkdaşlıq çərçivəsində ICD FİNOKO üçün kiçik və orta biznesə istiqamətlənən müxtəlif maliyyə məhsullarını işləyib hazırlamağı planlaşdırır.

     

    Gündəmdə olan islam maliyyə məhsullarının Azərbaycan bazarına çıxarılması qeyri-neft sektorunun inkişafı üzrə dövlət strategiyası çərçivəsində yüzlərlə fərdi sahibkarı və kiçik biznes subyektlərini dəstəkləməyə imkan verəcək.